Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2025 16:04
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və zəfərə aparan inkişaf yolunun elmi fəlsəfi mahiyyətindən söhbət açıb. Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqların sülhə, sabitliyə yol açdığını diqqətə çatdırıb. Tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyənnaməsinin regionun təhlükəsizliyində roluna dair təhlillər aparıb. Fəlsəfə və Sosiologiya İnstitutunun ölkəmizdə aparılan siyasi proseslərə daim həssaslıqla yanaşmasını, elmi-ideoloji mühitdə müntəzəm olaraq dövlətimizin strateji prioritetlərinin müzakirə olunduğunu qeyd edib.

Professor “Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Hər il xalqın və ölkənin gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını təşkil edən tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini qürurla yaşayırıq. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır", - deyə vurğulayıb.

Tədbirdə f.e.d. Füzuli Qurbanov, institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d., prof. Əbülhəsən Abbasov, f.ü.f.d., dosent Ağasəlim Həsənov, f.ü.f.d. Hüseyn İbrahimov çıxış edərək fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: