AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində “Yeniyetmələrinvə gənclərin destruktiv davranışının sosial-psixoloji problemlərinin öyrənilməsində nəzəri-metodoloji əsaslar” mövzusunda elmi seminar keçirilib.
Seminarda şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli insan amilinin psixoloji strukturu haqqında fikirlərini bildirib. Bu mövzunun gənclər üçün praktik əhəmiyyəti olduğunu, yaş kateqoriyasına dair məsələnin gələcəkdə digər ölkələrlə müqayisəli analiz aparmaq üçün əhəmiyyətli olacağını söyləyib: “Hazırda biz daha çox tanıdığımız, bəzi qonşu olan və ya müharibə vəziyyətində olan ölkələri nəzərdə tuturuq. Belə yanaşma gələcəkdə daha genişmiqyaslı və fərqli mövzular üzrə müqayisəli tədqiqatların aparılmasına zəmin yaradar”.
Şöbənin dissertantı psixoloq Elmir Əkbər çıxışında bu baxımdan həmin ölkələrdəki həmkarlarına müraciət edərək onları bu prosesə cəlb etmək və onlardan empirik material toplamağın faydalı olduğunu bildirib: “Darkinin aqressivliyin sorğu” test üsulu, “Dembo-Rubinstein yeniyetmələr və gənclər üçün özünə inamın ölçülməsi metodikası”, “Holms və Raqenin stressədavamlılıq və sosial adaptasiyanın müəyyənləşdirilməsi” metodikası, “V.V.Boykonun şəxslərarası münasibətlərdə Destruktiv dispozisiyanın müəyyənləşdirilməsi üsulu” metodikası. Hər dörd üsul akademik elm tərəfindən qəbul olunmuş vahid vasitələrdir”.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.