Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2025 16:45
  • A-
  • A
  • A+

Ümummilli Lider tarixin yaddaşında əbədi iz qoymuş görkəmli dövlət xadimidir

Ümummilli Lider tarixin yaddaşında əbədi iz qoymuş görkəmli dövlət xadimidir

Dekabrın 8-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.  

Öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi və xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyətindən bəhs edib.

Qeyd olunub ki, Ümummilli Liderin dahi ideyaları, siyasi konsepsiyası, dövlətçilik irsi təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda iz qoyub. Onun dövlətçilik siyasətinə bütün dünya siyasi liderləri, xüsusilə Türk dünyası yüksək qiymət verib.

İnstitut rəhbəri qeyd edib ki, ölkəmizdə ümumxalq həmrəyliyinin möhkəmləndirilməsində, Azərbaycanın milli mədəniyyətinin dünyada tanınmasında böyük dəstəyi olan Ümummilli Liderimiz öz müdrikliyi və güclü diplomatiyası ilə tanınıb. Heydər Əliyevin şəxsiyyəti, dövlət quruculuğundakı fəaliyyəti hər zaman Azərbaycan ictimai fikrində təzahür edir.

Azərbaycanın mədəniyyət və incəsənət sahəsində qazanılan uğurları Ulu Öndərimizin ənənənələrinin davamıdır. Əlavə olaraq qeyd edilib ki, Prezident İlham Əliyev bu gün respublikamızın hərtərəfli inkişaf etdirilməsi və dünyaya güclü dövlət kimi tanıdılmasında Heydər Əliyevin siyasi xəttini, o cümlədən müstəqil Azərbaycanın mədəniyyət siyasətini uğurla davam etdirir. Ötən il fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində ölkə başçısı Türk Dövlətləri Təşkilatı və  türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin ölkəmiz üçün prioritet olduğunu söyləyib və bildirib: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Direktor Heydər Əliyev və Türk dünyası mövzusunun hər zaman aktual olduğunu vurğulayıb.

Tədbirdə institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva “Türk xalqlarının mədəni yaddaşında Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi təşəbbüslər kontekstində”  və Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Əminə Məmmədova “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı məruzələrlə çıxış ediblər.

Çıxış edənlər Heydər Əliyevin mədəniyyətə, incəsənətə qayğı və dəstəyindən bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev işlədiyi dövr ərzində xalqın rifah halını yaxşılaşdırmaqla yanaşı, mədəniyyət və incəsənətə də biganə qalmayıb. Bütün türk dövlətlərində Heydər Əliyevin adı əbədiləşdirilib, onun haqqında kitablar nəşr olunub.

Ümummilli Lider ölkəmizdə digər sahələr ilə yanaşı elm, mədəniyyət, incəsənət xadimlərinə, həmçinin respublikamızda olan musiqi müəssisələrinin təkmilləşdirilməsinə xüsusi diqqət  göstərib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: