Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2025 14:20
  • A-
  • A
  • A+

Fizika İnstitutunda tədbir keçirilib

Fizika İnstitutunda tədbir keçirilib

ETN Fizika İnstitutunda “Ailənin qorunması, qadın zorakılığı və erkən nigah” mövzusunda tədbir keçirilib.

Tədbirin məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, qadınlara qarşı zorakılığın qarşısının alınması və erkən nikah hallarına dair maarifləndirmənin artırılması olub.

Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açaraq müzakirə olunan mövzunu tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçilərə verib.

Tədbirdə Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, AMEA Elmi İrs şöbəsinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyeva, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi Gülşən Allahverdiyeva, və Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva məruzə ilə çıxış ediblər.

Çıxış edən natiqlər ailə institutunun möhkəmləndirilməsi, erkən və qohumla nikahın sosial-psixoloji fəsadları barədə iştirakçılara məlumat veriblər. Təqdim olunan mövzu ilə əlaqədar ailə dəyərlərinin möhkəmləndirilməsi, qadınlara qarşı zorakılığın qarşısının alınması və erkən nikah hallarının fəsadları barədə müzakirələr aparılıb.

Tədbirdə təqdim olunan mövzu ilə əlaqədar maarifləndirici videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: