Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2025 12:13
  • A-
  • A
  • A+

Orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə elmi seminar keçirilib

Orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə elmi seminar keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Turizm Universitetinin Sosial Menecment Fakültəsi, Humanitar və Sosial Elmlər kafedrasının birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib.

Seminarda elmi işçi Beydullazadə Vüsalə Azərbaycanın orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə məruzə ilə çıxış edib.

Seminar çərçivəsində iştirakçılara 2024–2025-ci illərdə Xaraba Gilan və Şəmkir şəhərlərində həyata keçirilmiş arxeoloji qazıntı və tədqiqatların nəticələri haqqında ətraflı məlumat verilib. Tələbələrə qazıntılardan əldə olunan materiallar, tapıntıların tədqiqat metodları və Azərbaycan arxeologiyası üçün əhəmiyyəti geniş şəkildə izah olunub.

Tədbirin əsas məqsədi tələbələrin praktiki biliklərini artırmaq, arxeologiya sahəsində son yeniliklərlə tanış etmək və onların elmi fəaliyyətə marağını stimullaşdırmaq olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: