AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Elmi şuranın növbəti iclası keçirilib.
İclas regionda elmin inkişafına yönəlmiş mühüm nəticələrlə yadda qalıb.
Əvvəlcə Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələ ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasın əsas müzakirə mövzusu AMEA Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli qərarının icrasına dair Şəki REM-in ümumi hesabatının müzakirəsi olub.
Elmi katib Vəfa Atayeva Mərkəzin 9 elmi-tədqiqat şöbəsinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr, beynəlxalq və yerli elmi qurumlarla əməkdaşlıq əlaqələri, nəşr olunan kitab və elmi əsərlər, habelə il ərzində təşkil olunan və iştirak edilən elmi tədbirlər haqqında hesabatı təqdim edib.
Hesabat ətrafında müzakirələr aparılıb və təqdim olunan məlumatlar Elmi şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasın sonunda Şəki REM-in Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov AMEA-nın 80 illik yubileyi çərçivəsində təşkil olunan Mərkəzin elmi nailiyyətlər sərgisinin təşkilində göstərdiyi fəallığa görə Təşəkkürnamə ilə təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.