Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2025 15:12
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

Geologiya və Geofizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

AR ETN Geologiya və Geofizika İnstitutunda Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Həmkarlar İttifaqı Komitəsi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, elmi işçilər, doktorantlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Daha sonra çıxış edən institutun HİK sədri geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyev Heydər Əliyevin Azərbaycan elminin, xüsusilə geologiya sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. Bildirib ki, Ulu Öndər ölkənin təbii sərvətlərinin öyrənilməsi, geoloji kadrların hazırlanması və elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edib.

Tədbir iştirakçıları, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı izləyiblər.

Sonra Ulu Öndərin məzarı üstünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: