Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2025 15:59
  • A-
  • A
  • A+

Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

AR ETN Botanika İnstitutu publik hüquqi şəxsdə Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir öncəsi institutun əməkdaşları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun baş direktoru, professor Səyyarə İbadullayeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Professor Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və böyük xilaskarlıq missiyası barədə məlumat verib.

Biologiya elmlər doktoru, professor Şakir Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışıb. Professor qeyd edib ki, Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: