Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2025 16:54
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirib.

Tədbiri giriş sözü ilə GAMŞ-ın sədr müavini, Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova açıb. Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

GAMŞ-ın üzvləri - Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyeva və Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədovanın Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan çıxışları dinlənilib. Məruzəçilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin dünyanın nadir siyasətçilərindən biri olduğunu qeyd ediblər. Heydər Əliyev  öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin  qurulmasına  və xalqımızın müstəqillik  arzusuna çatmasına  nail olub. Bu nailiyyətlər göstərir ki, Azərbaycanın gələcəyi daha güclü, firavan və sabit bir dövlət olaraq qorunacaq, xalqımız isə hər zaman öz Liderinə güvənərək inkişaf yolunda addımlamağa davam edəcək.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: