Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2025 14:05
  • A-
  • A
  • A+

Azərbaycanlı gənc alim Qırğızıstan-Türkiyə Manas Universitetində seminar keçib

Azərbaycanlı gənc alim Qırğızıstan-Türkiyə Manas Universitetində seminar keçib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən və Orta Asiyanın ən yaxşı universitetlərindən biri olan Manas Universitetində seminar verib.

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 97-ci doğum günü çərçivəsində baş tutan seminarda Universitetin türkoloq alimləri, müəllimləri, o cümlədən bu istiqamətdə təhsil alan bakalavr və magistr tələbələri iştirak ediblər.

Mehman Həsənli “Çingiz Aytmatovun azərbaycanlı yazıçılarla dostluq əlaqələri” mövzusunda çıxış edib, müəllim və tələbələrin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: