AR ETN Coğrafiya İnstitutu Publik Hüquqi Şəxsin direktoru vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmraninin sədrliyi ilə Həmkarlar Təşkilatının illik hesabatı dinlənilib.
Təşkilatın sədri Kamran Ramazanlı hesabat çıxışında Həmkarlar Təşkilatının keçirdiyi büro iclaslarında qoyulan müxtəlif məsələlərin müzakirəsi, müvafiq qərarların qəbul edilməsi, bir sıra mədəni kütləvi tədbirlərin, anım günlərinin, yubiley tədbirlərinin keçirilməsi, həmçinin, institut əməkdaşlarının ərizə və təklifləri əsasında kollektivin mənafeyini və maraqlarını əks etdirən məsələlərin rəhbərlik qarşısında qaldırılmasını haqqında məlumatı iclas iştirakçılarına çatdırıb.
Kamran Ramazanlı cari il ərzində Təşkilatın maliyyə büdcəsindən xərclənən vəsaitin ünvanı barəsində məlumat verib. O sədrə ünvanlanan bütün sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.