Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.12.2025 14:09
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda süni intellektin elmi fəaliyyətə tətbiqi mövzusunda seminar keçirilib

Radiasiya Problemləri İnstitutunda süni intellektin elmi fəaliyyətə tətbiqi mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu (RPİ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellektin məqalələrin və elmi məruzələrin tərtib olunmasında tətbiqi” mövzusunda elmi seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev iştirakçıları salamlayaraq süni intellektin müasir elmi fəaliyyətə gətirdiyi yeniliklərdən bəhs edib. O, bu texnologiyanın elmi məqalələrin hazırlanması, məruzələrin strukturlaşdırılması və tədqiqat nəticələrinin daha səmərəli təqdim olunmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorunun müşaviri, texnika üzrə fəlsəfə doktoru Sərxan Talıbzadə mövzu ilə bağlı məruzə edib. O, süni intellektin elmi mətnlərin avtomatlaşdırılmış tərtibində, məlumatların sistemləşdirilməsində və beynəlxalq standartlara uyğunlaşdırılmasında geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Seminar interaktiv müzakirələrlə davam edib və sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: