Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.12.2025 15:42
  • A-
  • A
  • A+

Orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə elmi seminar keçirilib

Orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə elmi seminar keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Turizm və Menecment Universitetinin Sosial Menecment Fakültəsi, Humanitar və Sosial Elmlər kafedrasının birgə təşkilatçılığı ilə tələbələr, bakalavr və magistrlar üçün davamlı seminarlar keçirilib.

Seminarlarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Beydullazadə Vüsalə Azərbaycanın orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə məruzə ilə çıxış edib.

Seminar çərçivəsində iştirakçılara 2024–2025-ci illərdə Xaraba Gilan və Şəmkir şəhərlərində həyata keçirilmiş arxeoloji qazıntı və tədqiqatların nəticələri haqqında ətraflı məlumat verilib. Seminar iştirakçılarına qazıntılardan əldə olunan materiallar, tapıntıların tədqiqat metodları və Azərbaycan arxeologiyası üçün əhəmiyyəti geniş şəkildə izah olunub.

Tədbirin əsas məqsədi tələbələrin, bakalavrların və magistrların praktiki biliklərini artırmaq, arxeologiya sahəsində son yeniliklərlə tanış etmək və onların elmi fəaliyyətə marağını stimullaşdırmaq olub.

Seminarda Azərbaycan Turizm və Menecment Universitetinin rektoru t.e.n. İlham Mədətov da iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: