Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.12.2025 13:00
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

 

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Toplantıda institutun icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın müəssisənin illik hesabatı haqqında məruzəsi dinlənib və cari fəaliyyətlə bağlı məlumat verilib.

İclasda bir sıra elmi və təşkilati məsələlər də müzakirə olunub. Radiobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Nizami Rzayevin “Çaytikanı” və “Azərbaycan buğdaları” adlı monoqrafiyalarının çapa təqdim olunması gündəmə gətirilib. Kimya elmləri doktoru Zenfira İskəndərovanın 75 illik yubileyi münasibətilə təltif olunması üçün vəsadət qaldırılması qərara alınıb.

Akademik Adil Qəribovun “Термо-радиационно-гетерогенные процессы в атомно водородной энергетике” adlı monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar qəbul edilib. Dissertant Əhməd Əhədovun ixtisası, dissertasiya mövzusu və elmi rəhbərlərinin dəyişdirilməsi təsdiqlənib.

Bundan başqa, Seqnoelektriklərin radiasiya fizikası laboratoriyasının mühəndisi Səbuhi Nuriyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin artırılması barədə qərar qəbul olunub. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciət məktubu müzakirə edilərək, rəqəmsal sənəd dövriyyəsi altsisteminə qoşulmanın təmin olunması məsələsi gündəmə gətirilib.

İclasda, həmçinin əmək və icra intizamı ilə bağlı məsələlər nəzərdən keçirilib, cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: