Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə, uzunmüddətli səmərəli elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə, həmçinin 75 illik yubileyi münasibətilə Sumqayıt Dövlət Universitetinin Fəxri fərmanı ilə təltif edilib.
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov alimi təbrik edərək ona uzun ömür, can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.