Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.02.2026 09:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi Dil, İncəsənət və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

Naxçıvan Bölməsi Dil, İncəsənət və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Naxçıvan Bölməsi Dil, İncəsənət və Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclası institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Direktor çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mədəni irsin qorunması və elmin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, Prezidentin “Azərbaycan mədəniyyəti–2040” konsepsiyası ilə bağlı strateji yanaşması elmi müəssisələr qarşısında yeni və məsuliyyətli vəzifələr müəyyənləşdirir və bu vəzifələrin icrası institutun prioritet fəaliyyət istiqamətlərindən biridir.

Əbülfəz Quliyev çıxışında 2026-cı ildə keçirilməsi nəzərdə tutulan “Türkoloji qurultay–100”, “Beynəlxalq Ana Dili Günü”, “Memar Əcəmi–900”, “Xaqani–900” və digər mühüm elmi tədbirlərə hazırlıq işlərinin planlı və sistemli şəkildə aparılmasının vacibliyini qeyd edib. O, bu konfransların Azərbaycan elminin və mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 

İclasda institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov genişləndirilmiş hesabatın hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim olunması ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat verib.

Daha sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl yeni elmi işçi keçən əməkdaşların 5 illik plan işlərinin hazırlanması, fərdi iş planlarının təsdiqi, eləcə də əməkdaşlar tərəfindən AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” və institutun “Axtarışlar” jurnallarına məqalələrin təqdim olunması vəziyyəti haqqında məruzə edib.

İclasın sonunda cari məsələlərə baxılıb, institutun gündəlik fəaliyyətinə dair müxtəlif təşkilati və elmi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: