Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2026 11:00
  • A-
  • A
  • A+

Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib

Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər və onların təcrübədə tətbiqi ilə əlaqədar seminar keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının İnsan resursları şöbələrinin müdirləri iştirak ediblər. 

Seminarda AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxış edərək bu dəyişikliklərin əsasən, əmək münasibətlərinin rəqəmsallaşdırılması, işçilərin hüquqlarının müdafiəsi, müqavilə şərtlərinin yüngülləşdirilməsi, həm işçilərin, həm də işəgötürənlərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi və genişləndirilməsi ilə bağlı yenilikləri əhatə etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əksini tapan müəyyən anlayışların dəqiqləşdirilməsinə, müasir iş formalarının hüquqi əsaslarının yaradılmasına xidmət edən əhəmiyyətli dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsini yeni hüquqi müstəviyə çıxaracağını qeyd edən natiq əmək qanunvericiliyində olan dəyişikliklərin praktikada tətbiqi ilə əlaqədar seminar iştirakçılarına məlumat verib.

Çıxışdan sonra iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: