Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2026 12:58
  • A-
  • A
  • A+

Geologiya İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Geologiya İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

ETN Geologiya İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

Tədbirdə HİK sədri, Gənc Alim və Mütəxəssislər Şurası, alimlər, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmkarlar İttifaqı Komitəsinin sədri Kamran Əliyev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisələrin Azərbaycan tarixində ən ağır və faciəli səhifələrdən olduğunu vurğulayıb. Bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev çıxışında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb. Eləcə də Xocalı həqiqətlərinin elmi və ictimai platformalarda mütəmadi şəkildə işıqlandırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: