Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix və Etnologiya İnstitutunda “Açıq qapı” günləri keçirilir
13.03.2026 14:45
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda “Açıq qapı” günləri keçirilir

“Elm günü” münasibəti ilə Tarix və Etnologiya İnstitutunda “Açıq qapı” günləri keçirilir.

Bu münasibətlə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Qafqazşünaslıq” ixtisası üzrə tələbələri Ələkbər Həsənli, Zəhra Mirzəyeva, Hüseyn Kərimov institutda olublar. Elmi müəssisə ilə ümumi tanışlıqdan sonra Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev institutun tarixi, elmi həyatı, tarixi tədqiqatlar, nəşr olunan kitablar haqqında danışıb.

Elmi katib, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev institutda aparılan etnoloji tədqiqatlar haqqında məlumat verib, Novruz bayramının tarixi və ənənələri haqqında danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb, maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: