Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.
Nəşrlərdə türk xalqlarının ortaq mədəniyyəti, dili, tarixi və birliyi, eləcə də Türkçülük Gününə gətirən proseslər əks olunub. Onların sırasında “İstiklal Harbimiz” ikicildliyi, “Divanü lüğat-it-türk”, “Türk dünyası” I və II kitab, “Türkoloji dilçiliyə dair biblioqrafiya”, “Türkçülüyün qurbanları”, “Türkçü düşüncənin əsasları”, “Gənc türk Turan yolunda”, “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər”, “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” və digər dəyərli nəşrlər sərgilənməkdədir.
Qeyd edək ki, bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur.
Xatırladaq ki, kitabxananın saytı vasitəsilə sərgidəki ədəbiyyatla onlayn şəkildə də tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.