AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) bu elm müəssisəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin fəaliyyəti barədə məlumat verib.
NKPİ-nin direktoru, akademik Vaqif Abbasov müasir dünyada elmin, təhsilin rolundan bəhs edib, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini bildirib.
ADNSU-nun tələbələrinin institutda təcrübə keçmələri, birgə konfransların təşkil olunması, elmi və qrant layihələri üzrə iş aparılması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.
Sonra ADNSU-nun nümayəndələri NKPİ-nin laboratoriyaları ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.