Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib
10.09.2026 10:08
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Akademik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və onun nəticələri haqqında danışaraq dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də qədim diyara səfərinin böyük tarixi və sosial-iqtisadi əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edilib ki, səfər çərçivəsində təməli qoyulan layihələr, açılışı edilən müəssisələr muxtar respublikanın kompleks inkişaf strategiyasını və dövlətin insan kapitalına verdiyi yüksək dəyəri nümayiş etdirir.

Bölmə sədri, həmçinin dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 avqust 2026-cı il tarixli Sərəncamının muxtar respublikanın gələcək sosial-iqtisadi inkişafını  möhkəmləndirmək və əhalinin rifah səviyyəsinin daha da artırılması baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Toğrul Xəlilov və institutun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva  Naxçıvan Muxtar Respublikasında 2026-cı ildə fəaliyyət göstərmiş arxeoloji ekspedisiyaların nəticələri haqqında məlumat verib. Qeyd edilib ki, Bülövqaya və II Xələc yaşayış yerlərində aparılan qazıntılar zamanı aşkarlanan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri bölgənin qədim tarixini öyrənmək və zəngin maddi-mədəni irsin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov əməkdaşların beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlardakı iştirak göstəricilərini nəzərə çatdırıb.

İclasda həmçinin institut laborantlarının fəaliyyətləri, əməkdaşların nəşr edilmiş kitab, monoqrafiya və məqalələri, şöbələrin komplektləşdirilməsi və kadr hazırlığına diqqətin artırılması haqqında məsələlər ətraflı müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: