Oktyabrın 1-də Lənkəran Regional Elmi Mərkəzində “Xaqani Şirvani-Azərbaycan ədəbiyyatında İntibah dövrünün təşəkkülü və formalaşmasının banisidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən baş tutub.
Çıxışlarda Xaqani Şirvaninin həyat və yaradıcılığından geniş bəhs olunub, Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyəti qeyd edilib. Xaqani irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Həmçinin dahi şairin Azərbaycan ədəbiyyatının zənginləşməsində xidmətlərindən, böyük ədəbi irsindən və yaradıcılığının əsas xüsusiyyətlərindən danışılıb. Xaqani Şirvaninin ədəbiyyatımızda özünəməxsus və mühüm mövqeyə malik olduğu bildirilib, onun yaradıcılığının ədəbi-bədii və fəlsəfi əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda Xaqani Şirvaninin yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.