Ankara şəhərində “Türk dünyasında müzik: Gelenekden Geleceye, Yerelden Evrensele” adlı simpozium baş tutmuşdur (6-7 oktyabr).
Simpozium 5-13 Ekim (oktyabr) Uluslararası Başkent Ankara Haftesi çərçivəsində Ankara Klubu Dərnəyi tərəfindən, Atatürk Kültür Mərkəzinin himayəsi altında, Hacəttəpə Universiteti Ankara Dövlət Konservatoriyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birbaşa təşkilatçılığı ilə keçirilib. Tədbirə Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan olan görkəmli musiqişünaslar, alimlər, çalğıçılar qatılmışlar.
Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərli, həmçinin simpoziumda iştirak edib. O, “Üzeyir Hacıbəylinin səhnə əsərləri və dil üzrə publisistik yazıları I Türkoloji Qurultay kontekstində ” adlı məruzə ilə çıxış edib. Professor İradə Köçərlinin çıxışı Simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
İki gün sürən simpoziumda Türk xalqlarının ortaq mirası, ənənəvi musiqi mədəniyyəti, bütün Türk Dünyasını birləşdirən bağlar dərin elmi məruzələrlə dəyərləndirilib.
Tədbir haqqında Ankaranın “Başkent”, “İstiklal”, “Haberler Ankara” qəzetlərində yazılar dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.