Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.10.2026 12:14
  • A-
  • A
  • A+

“Böyük Qayıdış siyasətinin həyata keçirilməsində dövlət proqramlarının tarixi rolu” dəyirmi masa

“Böyük Qayıdış siyasətinin həyata keçirilməsində dövlət proqramlarının tarixi rolu” dəyirmi masa

Tarix və Etnologiya İnstitutunda “Böyük Qayıdış siyasətinin həyata keçirilməsində dövlət proqramlarının tarixi rolu” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq “Böyük Qayıdış” siyasətinin həyata keçirilməsində dövlət proqramlarının əhəmiyyətini vurğuladı, işğaldan azad edilmiş ərazilərin bərpası, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və bu proseslərin tarixi baxımdan öyrənilməsinin vacibliyini qeyd etdi.

Dəyirmi masada Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Böyük Qayıdış siyasətinin tarixi əsasları: dövlət strategiyası və milli iradə” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə “Böyük Qayıdış” siyasətinin tarixi əsasları, dövlət strategiyası və milli iradənin bu prosesdəki rolu diqqətə çatdırıldı.

Tarix elmləri doktoru, professor Nazim Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər” mövzusunda danışdı. Məruzədə mina təhlükəsinin aradan qaldırılmasının ərazilərin təhlükəsizliyinin təmin olunması, bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma yurdlarına qayıdışı baxımından əhəmiyyəti vurğulandı.

Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin elmi işçisi Həlimə Kazımova “Böyük Qayıdış siyasətində Qarabağın mədəni irsinin qorunması və bərpası” mövzusunda məruzə etdi. Çıxışda Qarabağın tarixi-mədəni irsinin qorunması və bərpası, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması məsələlərinə toxunuldu.

Həmin şöbənin elmi işçisi Jalə Rəhimova isə “Böyük Qayıdışa dair I Dövlət Proqramının tarixi əhəmiyyəti və həyata keçirilməsinin əsas istiqamətləri” adlı məruzəsində Dövlət Proqramının tarixi əhəmiyyəti və onun həyata keçirilməsinin əsas istiqamətlərini diqqətə çatdırıldı.

Dəyirmi masada “Böyük Qayıdış” siyasətinin tarixi əsasları, dövlət proqramlarının rolu, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması və Qarabağın mədəni irsinin qorunması məsələləri ətrafında müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: