AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Zəfər Parkını ziyarət ediblər.
Elmi ictimaiyyətin nümayəndələri Zəfər abidəsinin önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.