Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İsa Həbibbəyli: Dövlət qurumları arasında keçirilən minifutbol turniri gəncliyin idman bayramıdır
29.11.2026 19:20
  • A-
  • A
  • A+

İsa Həbibbəyli: Dövlət qurumları arasında keçirilən minifutbol turniri gəncliyin idman bayramıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında V minifutbol turniri Azərbaycanın idman arenasında artıq özünəməxsus yerə və xüsusiyyətə malikdir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli turnirin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyinin ardıcıl təşkil etdiyi bu yarışlar həm ölkəmizdə idmanın kütləviləşməsinə töhfə verir, həm də böyük futbol üçün ehtiyat baza rolunu oynayır. Ötən il qalib gəlmiş komandalardan birinin ölkə futbol miqyasında təmsil olunması bunun real nəticəsidir.

İsa Həbibbəylinin sözlərinə görə, bu il ilk dəfədir ki, AMEA da minifutbol yarışlarında təmsil olunur. Akademiyada institutlar arasında keçirilən yarışların qalibi olan gənc alimlər dövlət qurumları arasında təşkil olunan turnirdə AMEA-nı təmsil edirlər.

O qeyd edib ki, dövlət qurumları arasında keçirilən minifutbol turniri, sözün əsl mənasında, gəncliyin futbol və idman bayramıdır və Azərbaycan idmanının gələcəyinə xidmət edir.

AzərTac

  • Paylaş: