Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2026 14:10
  • A-
  • A
  • A+

Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi təşkil olunub

Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi təşkil olunub

Bu gün Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və müstəqillik ideyalarının geniş vüsət almasında mühüm mərhələ olan 17 Noyabr – Milli Dirçəliş Günü qeyd olunur. Əlamətdar gün münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.

Sərgidə xalqımızın milli birliyini, azadlıq istəyini, öz taleyini müstəqil müəyyənləşdirmək əzmini və dövlətçilik iradəsini əks etdirən dəyərli nəşrlər nümayiş olunur. Kitablarda Azərbaycan xalqının milli oyanışının, tarixi yaddaşının və istiqlal mübarizəsinin mərhələləri, xalq hərəkatının yaranma səbəbləri və gedişi, eləcə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolda oynadığı mühüm rol işıqlandırılır.

Nəşrlərdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciətin tam mətni, Ulu Öndərin və Prezident İlham Əliyevin milli birlik və dövlət müstəqilliyi istiqamətində həyata keçirdikləri siyasət, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri haqqında məlumatlar yer alır.

Sərgidə “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Heydər Əliyevin böyük siyasət yolu”, “Heydər Əliyev – İlham Əliyev: azərbaycançılığın zəfər yolu”, “Zamana sığmayan lider”, “Heydər Əliyev – İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma”, “100 ilin imzası”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” və digər nəşrlər təqdim olunur.

Bununla yanaşı, Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilmiş “Görkəmli dövlət xadimi Heydər Əliyev” və “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafiyalar da sərgidə nümayiş etdirilir.

Sərgilənən nəşrlərlə MEK-in saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: