Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2026 10:27
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı nisbətən artaraq,  C və M  sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4566 ləkə regionunda baş vermiş M3.6 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1-R2 səviyyəli fasilələr, II-IV tip radioemissiya qeydə alınmışdır. Müşahidə olunan ləkə regionları α və β kimi sadə maqnit quruluşu göstərir. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 83  ləkə və Tac Dəlikləri müşahidə olunur.

ETN Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli əsasən yüksək səviyyədə olmuş, 7897 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 814 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (320 km/san), sıxlığı 1.3 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 2.52 nT, radial istiqamətdə isə  0.09 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi sakit və aktiv səviyyələr arasında olmuşdur. 07 noyabrda Tac Dəliyi Axınlarının təsiri ilə G1 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xaraterizə edən Kp indeksi 0.3 göstərir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16-23 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi sürətinin Tac Kütlə Atılmalarının və müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 17-18 noyabrda yüksələcəyi, sonra isə yenidən normallaşacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–40%, orta  geomaqnit enliklərdə isə 30-1%-dir.

Geomaqnit sahəsi – 14 noyabrda qeydə alınmış Tac Kütlə Atılmalarının və Tac Dəliklərinin təsiri ilə bu gün (17 noyabr) və sabah (18 noyabr) G1 səviyyəli (zəif) geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: