Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2026 11:32
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq konfrans çərçivəsində elmi müzakirələr aparıblar

Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq konfrans çərçivəsində elmi müzakirələr aparıblar

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmə institutlarının əməkdaşları “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində elmi müzakirələr aparıblar.

Konfransın elmi proqramına uyğun olaraq 7 bölmədə müxtəlif istiqamətlər üzrə məruzələr dinlənilib. Əcəmi Naxçıvani irsi və Naxçıvan memarlıq məktəbi, İpək Yolu üzərində şəhərsalma mədəniyyəti, orta əsr Azərbaycan memarlığı və urbanistik ənənələr, Möminə Xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin memarlıq xüsusiyyətləri, Atabəylər dövrünün şəhərsalma ənənələri, memarlıq ornamentləri və epiqrafik mənbələr əsas müzakirə mövzuları olub.

Bölmə iclaslarında, həmçinin mədəni irsin qorunması, bərpası və rəqəmsallaşdırılması, orta əsr memarlığı və arxeologiya, Azərbaycan memarlığının Şərq və dünya memarlığı kontekstində yeri, İpək Yolu şəhərləri arasında memarlıq əlaqələri və mədəni turizm məsələləri araşdırılıb.

Sonda bölmə əməkdaşlarına sertifikat, panel müzakirələrində çıxış edən spiker və moderatorlara isə təşəkkürnamə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: