Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz qızı Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2016-cı il.