Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mərkəzi Elmi Kitabxanasında AR Prezidenti İlham Əliyevin 10 illik fəaliyyəti ilə bağlı sərgi təşkil edildi
06.10.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında AR Prezidenti İlham Əliyevin 10 illik fəaliyyəti ilə bağlı sərgi təşkil edildi

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 illik uğurlu fəaliyyətinə həsr olunmuş “Böyük yolun davamçısı” adlı sərgi təşkil olundu.      

Sərgidə Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “Siyasət zirvəsində”,  “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur” X cildliyi, “Mən istənilən səviyyədə istənilən mübarizəyə hazıram”, “Strateq”, “Avanqard” və s. kitablar oxucuların marağına səbəb oldu.      

MEK-in direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli bildirdi ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycanı yeni qələbələrə aparan lider, uğurlu daxili və xarici siyasəti ilə qısa zamanda böyük nailiyyətlərə imza atmış cənab Prezident İlham Əliyev ölkəmizi regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirmiş, ölkəmiz Avropaya inteqrasiya etmişdir.       

MEK-in direktoru Azərbaycan Prezidentinin elm, təhsil və mədəniyyət sahələrinə diqqət və qayğısını önə çəkərək, bu sahələrdə mühüm qərarlar qəbul etdiyini, ölkəmizdə kitabxanaların fəaliyyətinə də xüsusi önəm verdiyini bildirdi. A.Əliyeva-Kəngərli ölkə Prezidentinin MEK-in yeni binasının təməlqoyma mərasimində iştirak etdiyini və tezliklə bu binanın açılış mərasiminin baş tutacağını qeyd etdi. A.Əliyeva-Kəngərli bildirdi ki, sərgidə MEK-in yeni binasının inşası haqqında Sərəncam və materiallar, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncam və ədəbiyyat, Quba şəhərində soyqırımın memorial kompleksinin yaradılması haqqında Sərəncam və digər sənədlər nümayiş etdirilir.      

Qeyd edək ki, sərgidə ümumən Azərbaycan, rus və xarici dillərdə 500-dən çox ədəbiyyat, video-görüntülər və foto-materiallar təqdim olunur.     

 Sərgi 15 gün davam edəcək.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: