Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1261 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu”na əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Yəhya Musayev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Niyazi Rəhimov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini
Ramin Məmmədov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru
Ziya Əliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2017-ci il.