26-30 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) “Elm və Texnologiya-2017” adlı konfransı keçirilib.
Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri, akademik Fəxrəddin Qədirov və Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov iştirak ediblər.
İllik hesabata və elmi nəticələrə həsr olunan konfransda akademik F.Qədirov “Azərbaycanın qravitasiya stansiyasında aparılmış qravitasiya sahəsi ölçülərinin əsasında Yerin qabarma variyasiyalarının ilkin analizi”, R.Səfərov isə “Azərbaycan ərazisində GPS ölçülərindən əldə edilmiş yer qabığı deformasiyaları” adlı elmi məruzə ilə çıxış ediblər.
Konfrans çərçivəsində CTBTO-nun regional rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Milli Məlumat Mərkəzinin partlayış dalğa formalarının analizinin proqram təminatının və sisteminin təkmilləşdirilməsi məsələsi müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.