Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz və mürəkkəbböcəyinin xüsusiyyətləri yeni materialın prototipi qismində çıxış edib.
hi-news.ru saytının məlumatına görə, alimlər tərəfindən hazırlanmış material elastik, uzadıla bilən, müxtəlif üçölçülü formaları əldə etmək qabiliyyətinə malikdir. İdarə edilə bilən material başayaqlıların öz rəngini dəyişən, həm də sıxılıb-uzadıla bilən dəri hüceyrələrinə oxşar yaradılıb. Əzələ hidrostatı adlandırılan bu xüsusiyyət skelet dəstəyinə malik deyil. Başayaqlıların əzələ hidrostatını öyrənən alimlər onun əsasında öz formasını dəyişmək xüsusiyyətinə malik olan süni parça yaradıblar.
Mütəxəssislər qeyd edirlər ki, material bir çox sahələrdə tətbiq edilə bilər.