Həyatda heç bir şey təsadüfi olmadığı kimi, “Akademiya” adı da təsadüfən seçilməyib. Bəşər yaranandan saysız-hesabsız alimin yetişdiyi elm məbədgahı bir zamanlar Afina yaxınlığında yaşayan mifik qəhrəman Akademinin şərəfinə belə adlandırılıb.
Sonralar (b.e. əvvəl 427-347-ci illərdə) məhz bu qəhrəmanın adını daşıyan ərazidə Platon tərəfindən əsası qoyulmuş ilk elmi məktəbi “Akademiya ” adlandırmışlar. O zamandan etibarən bütün elmi məktəblər və digər elm ocaqları “Akademiya ” adlandırılmışdır.
XII-XIV əsrlərdə geniş vüsət alan bir çox Qərbi Avropa və Şərqi elmi birliklərə də Akademiya adı verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.