Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşları sertifikatla təltif olunublar

AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşları sertifikatla təltif olunublar

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransında iştirak ediblər.

Konfransda institutun gənc elmi işçiləri – Natavan Talışova “α-olefinlər əsasında polimer aşqarların sintezi”, doktorantlardan, Şahanə Əzimova “Malein anhidridi, nonil spirti və butilmetakrilat iştirakı ilə özlülük aşqarların alınması”, Aysel Rəhimova “Şiff əsasları və onların metal komplekslərinin sintezi” və Nəzər Nəzərov “Yeni kükürd üzvi birləşmələrin sintezi və antioksidant xassələri” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda məruzəçilər konfransın Təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: