Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.05.2018 10:34
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlı ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “Fəxri üzv” diplomu ilə təltif olunub

Akademik Nailə Vəlixanlı ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “Fəxri üzv” diplomu ilə təltif olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsi tərəfindən “Fəxri üzv” nominasiyası üzrə diplomla təltif olunub.

Akademik bu mükafata komitənin fəaliyyətində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Qeyd edək ki, ICOM 1946-cı ildə Parisdə yaradılıb. Qurum dünyadakı maddi və qeyri-maddi irsin qorunması ilə məşğul olur, 137 ölkədən 35 min muzey mütəxəssisini özündə birləşdirir.

ICOM-un Azərbaycan Milli Komitəsi isə 1992-ci ildə AR Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis olunub. 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurasının 78-ci toplantısında Azərbaycan Milli Komitəsi rəsmi olaraq təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: