Texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 14 noyabr 2018-ci il tarixli iclasında qəbul olunub.
Rəna Qasımova müxtəlif təyinatlı sistemlərin – “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyası sisteminin və AMEA-nın www.science.az portalının yaradılmasında yaxından iştirak edib. 36-sı xaricdə olmaqla ümumilikdə 50 elmi əsərin müəllifi olan R.Qasımova hazırda Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparır, Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemlərini tədqiq edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.