Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.12.2018 15:00
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu ilə REA-nın Şərq Əlyazmaları İnstitutu arasında protokol imzalanıb

Şərqşünaslıq İnstitutu ilə REA-nın Şərq Əlyazmaları İnstitutu arasında protokol imzalanıb

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olub.

O, səfər zamanı Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun (ŞƏİ) yaranmasının 200 illiyinə həsr olunan “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər” mövzusunda dəyirmi masada iştirak edib.

G.Baxşəliyeva tədbirdə çıxış edərək institutun kollektivini yubiley münasibətilə təbrik edib, Rusiya və Azərbaycan şərqşünasları arasında sıx əlaqələrdən söhbət açıb. Alim, həmçinin Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətinə həsr olunan məruzə ilə çıxış edib.

Sonra AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Şərq Əlyazmaları İnstitutu arasında elmi-təşkilati əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu akademik G.Baxşəliyeva və ŞƏİ-nin direktoru, prof. İ.Popova imzalayıblar. Sənəddə iki qurumun birgə layihələr həyata keçirməsi, tədqiqatlar aparması, elmi işçilər və doktorantlar üçün qarşılıqlı təkmilləşdirmə kursları təşkil etməsi, elmi, dövrü ədəbiyyat və kadr mübadiləsi həyata keçirməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: