Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.02.2019 10:30
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə qızıl medala layiq görülüb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə qızıl medala layiq görülüb

“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə birinci yerə Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Vaqif Məmmədzadə və Selcan Nurullayeva layiq görülüblər.

Onlar “İnsan genomunda 2-istiqamətli promotorlar” layihəsinə görə bu mükafatla təltif olunublar.

Layihə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında yerinə yetirilib.

“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərin elmə marağının artırılması baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: