Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Yeni texnologiyalar vasitəsilə dəmiryolu yükdaşımalarının təhlükəsizliyi təklif olunub
02.12.2020 14:38
  • A-
  • A
  • A+

Yeni texnologiyalar vasitəsilə dəmiryolu yükdaşımalarının təhlükəsizliyi təklif olunub

Polşanın Katovitçe şəhərində XII beynəlxalq nəqliyyat problemləri mövzusunda onlayn konfrans keçirilib.

Tədbirə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də qatılıb. Azərbaycanlı alim konfransın plenar iclasında Şərq-Qərb nəqliyyat dəhlizində dəmiryolu ilə yükdaşımaların təhlükəsizlik problemlərinə həsr edilən məruzə ilə çıxış edib. O, məruzəsində yeni texnologiyalar vasitəsilə dəmir yolu yatağının təhlükəsizliyinin monitorinqini təklif edib.

Məruzə konfrans iştirakçılarının marağına səbəb olub və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: