Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Şərqşünas alimin məqaləsi Rusiyada çapdan çıxıb
24.12.2020 12:47
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Rusiyada çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin “Türk-İslam ebru sənəti: tarixi və dini-fəlsəfi aspektlər” məqaləsi Rusiyanın nüfuzlu “Modern Scientific Thought” jurnalının 2020-ci il 5-ci nömrəsində ingilis dilində dərc edilib.

Məqalədə türk-İslam ebru sənətinin tarixi və yayılma coğrafiyası araşdırılır. Dünyada bir türk sənəti olaraq tanınan bu əlyazma sənətinin tətbiq üsulu və növlərindən bəhs edən müəllif bu sənətin fəlsəfəsini şərh etməyə və açmağa çalışır. O, ebru sənətinin “Təvəkkül” prinsipinə əsaslandığından İslam dəyərləri ətrafında formalaşdığını və inkişaf etdiyini bildirir.

Məqalədə, həmçinin Şərq mədəniyyətinin Qərb dünyasına təsiri və Qərb modernist cərəyanlarında ebru sənətinin izləri araşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: