Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

“Ümumi kimya” adlı dərs vəsaiti işıq üzü görüb
30.12.2020 13:40
  • A-
  • A
  • A+

“Ümumi kimya” adlı dərs vəsaiti işıq üzü görüb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, mərhum alim Ziyafəddin Əsədov, kimya elmləri doktoru, dosent İlhamə Zərbəliyeva və böyük elmi işçi Aygül Əbilova tərəfindən yazılmış “Ümumi kimya” adlı dərs vəsaiti ingilis dilində çapdan çıxıb.

Dərs vəsaitində ümumi kimyanın əsas tərkib hissələri nəzərdən keçirilir. Ümumi kimyanın əsas qanunlarının müzakirəsi, maddənin quruluşu və məcmu halları, termodinamikanın və termokimyanın əsas məqamları izah olunur, məhlulların xüsusiyyətləri və növləri, qatılığının ifadə formaları verilir.

Kitabda ən vacib turşu-əsas nəzəriyyələri verilir, kimyəvi kinetikanın və katalizin əsas məsələləri aydınlaşdırılır, oksidləşmə-reduksiya reaksiyalarından, elektrokimyanın əsas anlayışlarından və prinsiplərindən bəhs olunur, nüvə reaksiyalarının xüsusiyyətləri vurğulanır.

Dərs vəsaiti universitetlərin “Ümumi kimya” kursunda, həmçinin “Kimya” ixtisası üzrə təhsil alan magistrant və doktorantlar üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: