Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb
14.01.2021 20:44
  • A-
  • A
  • A+

Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

Gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub. Birincisi yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: