Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılır?
05.03.2021 14:32
  • A-
  • A
  • A+

Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılır?

Son illərdə paytaxt Bakıda tikilən hündürmərtəbəli binaların sayı xeyli artıb. Ancaq əsas bina tikmək deyil, həmin hündürmərtəbəli binaların keyfiyyət standartlarına uyğun şəkildə tikilməsidir. Bəs maraqlıdır həmin binalar həm geoloji, həm də seysmoloji cəhətdən standartlara cavab verir mi?

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Şəhərsalma şöbəsinin aparıcı elmi işçisi Elçin Əliyev bildirib ki, bina tikilməzdən əvvəl mühəndis-geoloqlar ekspertiza apararaq binanın tikiləcəyi yerin xüsusiyyətlərini araşdırmalıdırlar. Bu da təbii ki binanın özülünün sağlam olması deməkdir.

Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov vurğulayıb ki,binaların təhlükəsizliyi problemi sıfırdan başlamalıdır,yəni əvvəlcə mikroseysmik rayonlaşdırma xəritəsinə baxılmalıdır.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: