Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

“Müasir türk dillərində sözyaratma üsulları” kitabı çapdan çıxıb
16.05.2021 17:22
  • A-
  • A
  • A+

“Müasir türk dillərində sözyaratma üsulları” kitabı çapdan çıxıb

AMEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Qətibə Mahmudovanın “Müasir türk dillərində sözyaratma üsulları” kitabı işıq üzü görüb.

Tədqiqat əsəri türk dillərinin söz yaradıcılığına həsr olunub. Monoqrafiyada müasir türk dillərində yeni sözlərin yaranmasında istifadə olunan üsul və metodlar əhatəli şəkildə araşdırılıb.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov, rəyçiləri filologiya elmləri doktorları İsmayıl Kazımov və Sevinc Əliyevadır.

Monoqrafiya filologiya, türkologiya, ümumən dilçiliklə məşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Kitabdan gənc dilçi tədqiqatçılar-doktorant və magistrlər də faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: