Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Professor Vüqar Əhmədin Təbrizdə kitabı nəşr olunub
19.05.2021 11:19
  • A-
  • A
  • A+

Professor Vüqar Əhmədin Təbrizdə kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədin Təbrizdə “Bu yol gedir Savalana” adlı şeir kitabı nəşr olunub. İran Mədəniyyət Nazirliyinin icazəsi ilə ərəb əlifbasında çap olunan kitabda fars dilində müəllifin tərcümeyi-halı da yer alıb.

Kitabın redaktoru ədəbiyyatşünas, şair Nurəddin Müqəddəmdir. Kitabı təbrizli şair, ədəbiyyatşünas Şeyid Məhmud İbadi çapa hazırlayıb.

Qeyd edək ki, 1993-cü ildən İran mətbuatında türkcə və farsca yazıları yayımlanan Vüqar Əhmədin 2008-ci ildə Tehranda “Anam mənim” adlı şeirlər kitabı işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: