Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  MEETINGS

İran İslam Respublikasının ölkəmizdəki səfiri Şərqşünaslıq İnstitutunda olub
19.05.2021 15:42
  • A-
  • A
  • A+

İran İslam Respublikasının ölkəmizdəki səfiri Şərqşünaslıq İnstitutunda olub

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və səfirliyin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verərək iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən akademik bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib.

Seyid Abbas Musəvi Azərbaycan – İran əlaqələrindən danışaraq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub. Gövhər Baxşəliyeva kitablara görə, səfir Seyid Abbas Musəviyə və Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcana təşəkkürünü bildirib, bu kitabların iranşünas alimlərin elmi tədqiqatları üçün faydalı olacağını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: