Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

“Elm” qəzetinin yeni sayı nəşr olunub
21.05.2021 15:28
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada “Xarıbülbül” festivalında iştirakına dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-da “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda keçirilən elmi konfrans, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qələbə günü və Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbrikləri, AMEA Rəyasət Heyətində baş tutan müşavirə, “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfrans, AMEA-da Elm və texnologiya problemləri, həmçinin Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi şuraların yaradılması haqqında Akademiya prezidentinin sərəncamları, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova ilə müsahibə və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Vaksinləşmə pandemiyadan qurtuluşun ən effektiv yoludur”, “Kamillik və müdriklik zirvəsinə yetişən alim”, “İnsanlıq və elm zirvəsinə ucalan görkəmli türkoloq”, “Zəfər yolu üzərində arxeoloji abidələrimiz”, “Sərhədlərə sığmayan sevgi” sərlövhəli məqalələr, yeni nəşrlər, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: